2017-04-30
Azərbaycanın iş adamları Sarayevo biznes-forumuna dəvət olunurlar

Azərbaycanlı sahibkarlar və iş adamları mayın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək VIII Beynəlxalq İnvestisiya Konfransına (Sarayevo biznes-forumu) dəvət olunurlar.

Ttədbirdə kənd təsərrüfatı, enerji, təhsil, maliyyə, infrastruktur, tikinti, turizm, müxtəlif növ xidmətlər və digər sahələr üzrə layihələr nümayiş etdiriləcək. Konfransda çoxsaylı beynəlxalq investorların, maliyyə fondlarının, iş adamlarının və yüksək səviyyəli rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı ildə keçirilən VII Beynəlxalq İnvestisiya Konfransında 1600 nümayəndə, o cümlədən 350 jurnalist iştirak edib.

Tədbirə qatılmaqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

növbəti xəbər əvvəlki xəbər