2012-01-09

Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçmişdir

Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyinin qərarına əsasən Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçmişdir.

Sarayevo şəhəri, Muhamed Haciyahiç küçəsi, 29 hüquqi ünvanında yerləşən Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgünerdir.

Assosiasiya Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında mədəniyyət, təhsil, iqtisadiyyat, idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir. Bu məqsədlə müxtəlif görüşlərin, “dəyirmi masa”ların, seminar və s. tədbirlərin təşkilatçılığı, habelə ölkələrimiz arasında hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsi üçün təcrübə və məlumat mübadiləsi ilə məşğul olacaqdır.

Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyası bu ölkədə Azərbaycan ilə əlaqələrin genişləndirilməsi məqsədi ilə yaradılmış ilk və hələlik yeganə təşkilatdır.

Assosiasiyanın dövlət qeydiyyatına alınması barədə qərar rəsmi “Službeni glasnik BiH” qəzetində dərc olunmuşdur.

Arxiv üzrə axtarış