2018-03-15

Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi salamlayan Prezident İlham Əliyev onunla ötən görüşünü məmnunluqla xatırlatdı. Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulandı. Bildirildi ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır.

Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olundu. Qeyd edildi ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.

Söhbət zamanı ötən əsrin 70-ci illərindən Bakı ilə Sarayevonun qardaşlaşması məmnunluqla xatırlandı.

Arxiv üzrə axtarış