Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır və ölkənizin daha da firavanlaşmasını arzulayıram.
Fürsətdən istifadə edib səmimi qəlbdən əmin olduğumu bildirmək istəyirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək.
Zati-aliləri, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olun.
Hörmətlə,
Bakir İzetbeqoviç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri