2014-05-19
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Bosniya və Herseqovinada baş vermiş təbii fəlakət nəticəsində sel daşqınlarından zərər çəkmiş insanlar üçün humanitar yardım göndərilmişdir
19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Bosniya və Herseqovinada (BvH) baş vermiş təbii fəlakət nəticəsində sel daşqınlarından zərər çəkmiş insanlar üçün humanitar yardım göndərilmişdir. Humanitar yardımın daha səmərəli və adekvat təyinatı üzrə bölüşdürülməsi BvH rəsmiləri ilə razılaşdırılmış qaydada həyata keçirilmişdir.