2020-03-13

Bosniya və Herseqovinada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada sürətlə yayılması müşahidə edilməkdədir.

Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

  • Bosniya və Herseqovina dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi (əlavə məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: zzjzfbih.ba/covid-19/, www.fmoh.gov.ba/);
  • Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi;
  • Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlayaraq, təcili tibbi müayinədən keçilməsi:

Higijensko-epidemiološkoj službi Zavoda za javno zdravstvo Kantona Sarajevo: +387 62 086 282, +387 62 030 778, +387 62 030 796, +387 62 030 728

Dom zdravlja Zenica/ZDK: +387 32 246-910

Krizni štab TK: +387 62 828 398

Dom zdravlja Mostar/HNK: +387 36 551 478, +387 61 713 741, +387 61 327 281

Zavod za javno zdravstvo USK: +387 37 351 799

Krizni štab RS: +387 51 491 600

  • Bu məqsədlə Diplomatik Nümayəndəlik tərəfindən müəyyən edilmiş "qaynar xətt"lə (+387 62 299 900) əlaqə saxlanılması.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Diplomatik Nümayəndəliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri tövsiyə olunur (http://sarajevo.mfa.gov.az/az/content/86).

Telefon: +387 33 695 802/803/804

E-poçt: sarajevo@mission.mfa.gov.az

Arxiv üzrə axtarış