2024-04-24

Səfiri Vilayət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktubunu Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım Jelyka Tsviyanoviçə təqdim edib

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım Jelyka Tsviyanoviç ilə görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən J.Tsviyanoviçə ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu təqdim edib.

Görüş zamanı Səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb və Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

 

 

Arxiv üzrə axtarış