2024-08-16

2024 Formula 1 yarışının təşkili və keçirilməsi ilə bağlı viza məlumatı

 

2024 Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir. 

 

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən sənəd;
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  3. 2024 Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Arxiv üzrə axtarış