Diplomatik Nümayəndəlikdə qeydiyyatdan keçmə

Konsulluq uçotuna alınmaq üçün tələb olunan sənədlər: 
1. Düzgün qaydada doldurulmuş anket (forma_118a) 
2. Ümumvətəndaş pasportunun əsli və nüsxəsi (etibarlıq müddəti bitməməlidir) 
3. Azərbaycanın şəxsiyyət vəsiqəsi və onun iki üzünün nüsxəsi 
4. İki (2) ədəd rəngli (3x4 sm) ölçüdə fotoşəkil 
5. Pasportun birinci dörd vərəqəsinin surəti 
6. Vətəndaşın xarici ölkədə müvəqqəti və ya daimi yaşamasına icazə verən rezident kartı (ID kart), tələbələr üçün - tələbə bileti 
7. Azyaşlı uşaqlar varsa, onların doğum haqqında şəhadətnamələrinin surətləri və 
iki (2) ədəd rəngli (3x4 sm) ölçüdə fotoşəkilləri. 
Sadalanmış bütün sənədlər poçt vasitəsi ilə göndərilə bilər. Eyni zamanda, bəzi hallarda konsulluq qeydiyyatı ilə bağlı icraatın yerinə yetirilməsi üçün konsulluq şöbəsi vətəndaşı 
Nümayəndəliyə dəvət etmək səlahiyyətinə malikdir. 
Konsulluq qeydiyyatına alınma haqqında qeyd pasport cildinin iç üzündə və yaxud pasportun digər boş vərəqində yazılır, sıra nömrə ilə qeydiyyata alınır, konsul tərəfindən imzalanır və möhürlənir.

Arxiv üzrə axtarış