2011-01-13

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay yanvarın 13-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xarici işlər nazirinin müavini, bu təhsil ocağının rektoru Hafiz Paşayev və professor-müəllim heyəti ilə görüşmüşdür.

H.Paşayev qonağa akademiyada tədrisin təşkili, gələcək planlar barədə ətraflı məlumat vermişdir. Keçən il akademiyanın tələbələrinin Çexiya, Gürcüstan və İranda səfərdə olduqlarını bildirən rektor H.Paşayev Bosniya və Herseqovina ilə də tələbə mübadiləsi aparmağı təklif etmişdir.

ADA-da təhsilin müasir dövrün tələblərinə cavab verdiyini vurğulayan S.Alkalay akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.

Arxiv üzrə axtarış