2018-09-19

Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Bakiya səfər edib

Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Mladen Boşiç Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Mladen Boşiçi Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Arxiv üzrə axtarış