2017-08-21

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, İsrailin sabiq Prezidenti Dalia İtzik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətinin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulandı və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edildi.

Arxiv üzrə axtarış