2024-04-23

Səfiri Vilayət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktubunu Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrinə təqdim edib

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri (Prezident) Denis Beçiroviçlə görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən D.Beçiroviçə ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu təqdim edib.

Görüş zamanı Səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib. Səmimilik şəraitində keçən söhbət zamanı Azərbaycan və Bosniya və Herseqovina əlaqələrinin geniş spektri üzrə fikir mübadiləsi aparılıb.

 

 

Arxiv üzrə axtarış