2024-05-08

Səfiri Vilayət Quliyev Bosniya və Herseqovinanın (BvH) iki entitetindən biri olan Serb Respublikasının Banya Luka şəhərində yerləşən Arnaudiyə məscidinin yenidən qurulması ilə əlaqədar açılış mərasimində iştirak etmişdir

7 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovinanın (BvH) iki entitetindən biri olan Serb Respublikasının Banya Luka şəhərində Bosniya müharibəsi zamanı (1992-1995-ci illər) serb qüvvələri tərəfindən dağıdılan və yeni bərpa edilmiş Arnaudiyə (16-cı əsr) məscidinin açılış mərasimində iştirak edib.

Tədbirdə BvH Rəyasət Heyətinin serb üzvü xanım Jelka Tsviyanoviç, Serb Respublikasının prezidenti Milorad Dodik, Serb Respublikasının Baş naziri Radovan Vişkoviç, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Diyanət İşləri üzrə İdarəsinin sədri Əli Ərbaş, Türkiyə Cümhuriyyəti Vəqf Baş İdarəsinin müdiri Sinan Aksu, BvH-dəki İslam İcmasının reisul-üləması Hüseyn ef . Kavazoviç, BvH-nin Vakuf İdarəsinin direktoru Senaid Zajimoviç, BvH-nin insan hüquqları və qaçqınlar naziri Sevlid Hurtiç, Banya Luka müftisi İsmayıl Smajloviç, Banya Luka şəhərinin meri Draşko Stanivukoviç və BvH-də akkreditə olunmuş bir sıra müsəlman dövlətlərinin səfirləri iştirak edib.

Bosniya və Herseqovinada 1993-cü il mayın 7-də Bosniya və Herseqovinanın Banya Luka şəhərindəki Fərhadiyə məscidinin serb qüvvələri tərəfindən dağıdılmasından sonra 1998-ci ildən bəri hər il həmin tarix ölkədə “Məscidlər günü” kimi qeyd edilir.

Bosniya və Herseqovina Dini İşlər İdarəsinin məlumatına görə, Bosniya müharibəsində serb və xorvat qüvvələri tərəfindəm ölkədə 800-dən çox məscid dağıdılıb və onlardan 16-sı Banya Luka şəhərinin ərazisinə düşür. 7 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovinanın (BvH) iki entitetindən biri olan Serb Respublikasının Banya Luka şəhərində Bosniya müharibəsi zamanı (1992-1995-ci illər) serb qüvvələri tərəfindən dağıdılan və yeni bərpa edilmiş Arnaudiyə (16-cı əsr) məscidinin açılış mərasimində iştirak edib.

Tədbirdə BvH Rəyasət Heyətinin serb üzvü xanım Jelka Tsviyanoviç, Serb Respublikasının prezidenti Milorad Dodik, Serb Respublikasının Baş naziri Radovan Vişkoviç, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Diyanət İşləri üzrə İdarəsinin sədri Əli Ərbaş, Türkiyə Cümhuriyyəti Vəqf Baş İdarəsinin müdiri Sinan Aksu, BvH-dəki İslam İcmasının reisul-üləması Hüseyn ef . Kavazoviç, BvH-nin Vakuf İdarəsinin direktoru Senaid Zajimoviç, BvH-nin insan hüquqları və qaçqınlar naziri Sevlid Hurtiç, Banya Luka müftisi İsmayıl Smajloviç, Banya Luka şəhərinin meri Draşko Stanivukoviç və BvH-də akkreditə olunmuş bir sıra müsəlman dövlətlərinin səfirləri iştirak edib.

Bosniya və Herseqovinada 1993-cü il mayın 7-də Bosniya və Herseqovinanın Banya Luka şəhərindəki Fərhadiyə məscidinin serb qüvvələri tərəfindən dağıdılmasından sonra 1998-ci ildən bəri hər il həmin tarix ölkədə “Məscidlər günü” kimi qeyd edilir.

Bosniya və Herseqovina Dini İşlər İdarəsinin məlumatına görə, Bosniya müharibəsində serb və xorvat qüvvələri tərəfindəm ölkədə 800-dən çox məscid dağıdılıb və onlardan 16-sı Banya Luka şəhərinin ərazisinə düşür.

 

 

Arxiv üzrə axtarış