2024-05-10

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyində tədbir keçirilib

10 may 2024-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyində tədbir keçirilib.

Tədbir iştirakçıları tərəfindən əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Daha sonra Səfir Vilayət Quliyev çıxış edərək  Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizə rəhbərlik etdiyi zaman Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb.

Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müasir Azərbaycan dövlətinin qurucusu kimi ölkəmizin əldə etdiyi bütün uğurlarda, torpaqlarımızın işğaldan azad edilməsində, yalnız regionda deyil, dünya miqyasında nüfuz və etibar qazanmağımızda Heydər Əliyev şəxsiyyəti və irsinin böyük rolu olduğunu qeyd edib.

 

 

Arxiv üzrə axtarış