news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 dekabr 2025

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib

6 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib.

Diplomatik Qış Bazarı Birliyinin təşkilatçılığı ilə keçirilən yarmarkada səfirliyimiz də daxil olmaqla, ölkədə akkreditə olunan 40-dək diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, yerli və xarici şirkətlər, bir sıra təhsil müəssisələri iştirak edib. Azərbaycan stendində dövlət atributları nümayiş edilib. Səfirlik əməkdaşlarının xanımlarının hazırladıqları milli yeməklər, şirniyyatlar, çay, mürəbbələr və suvenirlər alıcılara təqdim olunub.

Qeyd edək ki, ölkəmiz xeyriyyə yarmarkasına artıq dördüncü dəfə qoşulur.

Xeyriyyə bazarından toplanan vəsait Bosniya və Herseqovinada Əlil Uşaqlar Evinə və aztəminatlı ailələrə kömək məqsədilə Diplomatik Qış Bazarı Birliyinə ianə edilib.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti