news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2018

AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Oktyabrın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyi (FENA) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum VI Bakı Beynəlxalq Humanitar Forumunun “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyası çərçivəsində imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç imzalayıblar.

Anlaşma Memorandumu agentliklər arasında gündəlik xəbərlərin, foto və video informasiyaların, həmçinin mütəmadi olaraq kitabların, informasiya və arxiv sənədlərinin mübadiləsini nəzərdə tutur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti