news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 aprel 2018

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadakı qəbul edib

İ.Tsrnadak Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirmişdir. Görüşdə nazirlər Azərbaycan və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə etmiş, həmçinin əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılmışdır. 

İkitərəfli formatda uğurlu münasibətlərin çoxtərəfli platformada da davam etdirilməsinin vacibliyini vurğulanmışdır. Bu xüsusda, E.Məmmədyarov Azərbaycan tərəfindən Bakının EXPO-2025-ə namizədliyinin irəli sürüldüyünü qeyd etmişdir. Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti