news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 may 2024

Səfiri Vilayət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktubunu Bosniya və Herseqovina Rəyasət Heyətinin xorvat üzvü cənab Jelko Komşiçlə təqdim edib

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiçlə görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən J.Komşiçə ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu təqdim edib.

Görüş zamanı Səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

J.Komşiç Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki görülən yenidənqurma işləri ilə maraqlanıb. Azərbaycanda hələ ki səfərdə olmadığını, lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkmizdə görülən işlər və aparılan islahatları yaxında izlədiyini vurğulayıb.

Səmimilik şəraitində keçən söhbət zamanı Azərbaycan və Bosniya və Herseqovina əlaqələrinin geniş spektri üzrə fikir mübadiləsi aparılıb.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti